ABŞ dən Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb

06.06.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin müdafiə naziri Pit Heqset hesab edir ki, Vaşinqtonun Avropadakı müttəfiqləri təhlükəli ideologiyaların hücumu ilə üz-üzədirlər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, Fransanın şimalında müttəfiq qoşunların Normandiya desant əməliyyatı zamanı sahilə çıxmasının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bu barədə danışıb.

"Təəssüf ki, bu gün Avropanın digər sahilləri başqa təhlükəli ideologiyaların təzyiqi altındadır. İspaniyaya, İtaliyaya, Yunanıstana və Bolqarıstana qayıqlarla insanlar gəlir", - deyə o bildirib.

Heqset bununla Avropa ölkələrinə yönələn qeyri-qanuni miqrasiya axınını nəzərdə tutduğunu vurğulayıb.

"Avropa paytaxtlarında bu hücuma qarşı nə vaxt tədbir görüləcək? Yoxsa artıq çox gecdir? Mən belə düşünmürəm", - deyə o qeyd edib.

"Biz müttəfiqlərimizi dəstəkləyirik və gözləyirik ki, müttəfiqlərimiz də bizi dəstəkləməyə qadir və hazır olsunlar", - deyə Pentaqon rəhbəri əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью