Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Ruben Vardanyan Rusiyanın Qarabağa göndərdiyi bir missionerdir.
O, sadəcə olaraq konkret təxribatlar törətmək üçün Qarabağa gəlməmişdi, eyni zamanında Sarkisyanın və Köçəryanın etdiyi kimi, Qarabağda "qəhrəman" olmaq, daha sonra o sifətdə Ermənistana gəlmək və hakimiyyəti Nikol Paşinyandan almaq planını həyata keçirirdi”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
O bildirib ki, sözügedən səbəbdən dolayı Paşinyan Vardanyanın azad olunmasını istəməz:“Bunu Paşinyan çox gözəl anlayır.
Ona görə də indiki vəziyyətdə, milyarder Karpetyan həbsdə ikən, ikinci bir Karpetyanı özü üçün niyə yaratsın?
Onsuz da Rusiya Paşinyan əleyhinə olan bütün qüvvələri birləşdirib və seçkilərdə birgə iştirakla Paşinyanı məğlub etmək istəyir.
Bütün qüvvələr birləşib və bunun arxasında Kreml dayanır. Paşinyan öz əli ilə yeni bir milyarder Vardanyanı azad etdirməklə, öz hakimiyyətin
Paşinyan doğru qərar verib. Vardanyan cinayətkardır, bu cinayətlərə dair məhkəmələrdə konkret faktlar ortaya çıxır.