Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Hörmüz boğazının açılması və bölgədəki proksi hücumlarına son qoyulması müqabilində sanksiyaları ləğv etməyi və İrana qarşı iqtisadi blokadaya son qoymağı təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Hadath” televiziyası mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, təklif qarşı tərəfə vasitəçilərlə çatdırılıb:
“Pakistan ordusunun komandanı Asim Munir bu məlumatı İslam Respublikasına səfəri zamanı İran tərəfinə çatdırıb. O, həmçinin Tehranı anlaşma memorandumu üzərində işi bərpa etməyə çağırıb və İslamabadın bu münaqişədə tərəf tutmadığını bildirib”.