ABŞ dən İrana gənc güləşçinin edamı ilə bağlı çağırış

29.01.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ABŞ Dövlət Departamenti 19 yaşlı iranlı güləş çempionu Saleh Məhəmmədinin edam olunma təhlükəsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə departamentin fars dilində olan "X" hesabında paylaşım edilib.

Bildirilib ki, ABŞ vəziyyəti diqqətlə izləyir.

Qeyd edilib ki, İran İslam Respublikası gəncləri repressiyaya məruz qoyur və bu cür siyasət ölkənin gələcəyini təhlükəyə atır.

ABŞ İran hakimiyyətini Saleh Məhəmmədinin, eləcə də öz fundamental hüquqlarından istifadə etdiklərinə görə ölüm hökmünə məhkum edilmiş bütün şəxslərin edamını dərhal dayandırmağa çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью