Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
ABŞ İrana məxsus pilotsuz təyyarəni sıradan çıxarıb.
Metbuat.az xəbər verir ki, PUA ABŞ-nin təyyarədaşıyan gəmisinə yaxınlaşdığı üçün hədəfə alınıb. Reuters agentliyinin ABŞ rəsmilərinə istinadən məlumatına görə, hadisə Oman körfəzində qeydə alınıb.
Qeyd edək ki, ABŞ İran sahillərinə təyyarədaşıyan gəmi ilə yanaşı xeyli qüvvə göndərib. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla danışıqlarda razılıq əldə edilməsə, böyük hücum həyata keçiriləcək.