Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ İranı Yəməndəki husiləri silahlandırmaq, maliyyələşdirmək və dəstəkləməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ nümayəndəsi Cennifer Loxte deyib.
O, bildirib ki, Vaşinqton xüsusilə husilərə silah, hərbi texnika təchizatı, maliyyələşdirmə, eləcə də hərbi yardım və təlimə məhdudiyyətlər qoyan 2140 və 2216 saylı qətnamələrin həyata keçirilməsinə çağırıb:
"İran rejimi hər iki qətnamənin əsas pozucusudur. Tehran 2216 saylı qətnamə ilə müəyyən edilmiş silah embarqosunu pozur və 2140 saylı qətnamənin sanksiya rejimini pozur. 2216 saylı qətnamə husilərə silah və əlaqəli materialların satışı, təchizatı və ya ötürülməsini, eləcə də hərbi sektorda texniki yardım və təlimi birbaşa qadağan edir".
Vaşinqton həmçinin Husiləri neft tankerlərinə və liman infrastrukturuna hücumlar vasitəsilə regional və qlobal enerji təhlükəsizliyini təhlükəyə atmaqda ittiham edib. ABŞ qrupu hücumları dayandırmağa, işğal olunmuş ərazilərdən geri çəkilməyə və zərbələrə son qoymağa çağırıb.
Gülşən Şərif