ABŞ dən İrana yeni iqtisadi təzyiq

24.08.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


ABŞ İranın ticarət tərəfdaşlarını hədəf alacaq yeni iqtisadi sanksiyaları tətbiq etməyə hazırlaşır.

“Bakupost” xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent bazar ertəsi İrana qarşı yeni sanksiya paketinin detallarını açıqlayacaq.

Bessent yeni tədbirləri ABŞ-nin rəqibinə qarşı indiyədək tətbiq etdiyi “ən böyük maliyyə hücumu” kimi qiymətləndirib.

İran isə iqtisadi təzyiqlərin davam edəcəyi təqdirdə Körfəzdən neft ixracını tamamilə dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ və İran arasında həftələrdir birbaşa hərbi hücumlar baş verməsə də, tərəflər təxminən altı aydır davam edən qarşıdurmanı sona çatdırmaq üçün ciddi danışıqlar aparmayıb.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью