Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ administrasiyası etirazçıların öldürülməsini əsas gətirərək İranla əlaqəli doqquz gəmini və onlarla bağlı şirkətləri sanksiya siyahısına əlavə edib.
ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan yazılı açıqlamada bildirilib ki, bu addım Tehran rəhbərliyinin nümayişçilərə qarşı təzyiq göstərmək üçün istifadə etdiyi maliyyə mənbələrinin kəsilməsini hədəfləyir.

Açıqlamada qeyd olunub ki, Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdə yerləşən doqquz gəmi və onlarla əlaqəli səkkiz şirkət yüz milyonlarla dollar dəyərində İran neftini və neft məhsullarını xarici bazarlara daşıyıb.
Həmin gəmilər və şirkətlərin sanksiya siyahısına daxil edildiyi vurğulanan açıqlamada, ABŞ administrasiyasının etirazçıların öldürülməsi səbəbindən Tehran üzərində təzyiqi bu addımla artırdığı bildirilib.
ABŞ Xəzinə Nazirliyi də yaydığı açıqlamada İrana qarşı yeni sanksiyalara əsas kimi “Tehranın dinc etirazçılara qarşı amansız repressiyalarını və İran xalqına qarşı pozuntuları gizlətmək üçün internetə çıxışı kəsməsini” göstərib.