ABŞ dən İranla işləyən banklara sərt xəbərdarlıq

06.10.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ Maliyyə Nazirliyi İran və ya ölkənin maliyyə sektoru ilə əməkdaşlığı davam etdirən xarici maliyyə qurumlarını sanksiyalarla hədələyib.

“Bakupost” xəbər verir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisi İranla bağlı “İqtisadi Təcridetmə Əməliyyatı” çərçivəsində bu qurumların əvvəlcədən xəbərdarlıq edilmədən istənilən vaxt sanksiya hədəfinə çevrilə biləcəyini bildirib.

Açıqlamada İran banklarına, eləcə də onların üçüncü ölkələrdəki filial və törəmə qurumlarına maliyyə xidmətləri göstərən xarici qurumların sanksiya riski daşıdığı qeyd olunub.

ABŞ Maliyyə Nazirliyi xarici maliyyə qurumlarını İranla bağlı bu cür fəaliyyət və əlaqələri dərhal dayandırmağa çağırıb.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью