ABŞ dən mesaj: “Ukrayna əvvəlki sərhədlərini bərpa edə bilməyəcək”

11.03.2025

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Donald Trampın komandası (ABŞ) Ukraynanın təkcə 2014-cü il deyil, hətta 2022-ci il sərhədlərinə qayıtması ehtimalını qəti şəkildə istisna edir.

Turkustan.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Mənbə qeyd edir ki, Vaşinqton danışıqlar prosesində Kiyevin hansısa güzəştlərə getməsini istəyir.

“Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar”, - adı açıqlanmayan ABŞ rəsmisi kanala deyib.

Həmçinin onun sözlərinə görə, Amerika Ukraynadan ölkə sərhədlərinin 2014-cü il və ya 2022-ci ildəki mövqelərinə qaytarılması ilə bağlı hər hansı müraciət eşitmək istəmir./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью