ABŞ dən müəmmalı İran AÇIQLAMASI

07.05.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ İranın artıq təhlükə yaratmadığı qənaətinə gələnə qədər ona qarşı güc tətbiqinə davam etmək niyyətindədir.

“Cebheinfo.az” xəbər verir ki, bu mövqe ABŞ administrasiyasının çərşənbə günü dərc olunmuş “Terrorla Mübarizə Strategiyası”nda öz əksini tapıb.

Sənədə görə, ABŞ administrasiyasının 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin (İran silahlı qüvvələrinin elit bölməsi) komandiri general Qasım Süleymaninin öldürülməsi, ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələr bu qəbildəndi: 

“İrana qarşı müharibəni əhatə edən qətiyyətli tədbirlər Tehran artıq ABŞ üçün təhlükə yaratmayana qədər davam edəcək". Sənəddə, həmçinin ABŞ-nin İranın proksi qüvvələrinə qarşı kinetik, kəşfiyyat və kiber əməliyyatlara diqqət yetirməyə davam edəcəyimiz mövqeyi də vurğulanır.

Xəzər
"Cebheinfo.az"

Açar sözlər: ABŞ İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью