ABŞ dən olan basketbolçu: Azərbaycan klubuna keçmək xeyrimə oldu

23.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu komandaya keçmək xeyrimə oldu.

"Report" xəbər verir ki, bunu "Ordu" klubunun heyətinə yeni cəlb etdiyi basketbolçu Marcale Lotts klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan 31 yaşlı oyunçu komandaya uyğunlaşdığını bildirib:

"İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi altında oynamaq şansını əldən buraxa bilməzdim. Onun basketbol fəlsəfəsi xoşuma gəlir və hesab edirəm ki, Blankonun taktiki sxemində özümü yaxşı tərəfdən göstərəcəyəm".

Marcale Lotts "Ordu"nun əla heyətə malik olduğunu söyləyib:

"Bu, mənə əlavə motivasiya verir. Fikrimcə, bu komandaya keçməklə yenidən yüksək səviyyədə oynaya biləcəyəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью