ABŞ dən sülh siqnalı: İranla mübahisələr həll oluna bilər

12.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ tərəfi İran rəsmiləri ilə aparılan danışıqlarda kompromis variantlarına getməyə hazır olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə danışıb.

"Bizim başlanğıc mövqeyimiz İranın nüvə proqramının ləğv edilməsidir. Bu gün üçün mövqeyimiz belədir. Lakin bu, iki ölkə arasında kompromis üçün digər yolların tapıla bilməyəcəyi anlamına gəlmir", - deyə Uitkoff bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью