ABŞ dən təcili çağırış: İranı dərhal tərk edin

06.02.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ İranda davam edən təhlükəsizlik riskləri səbəbilə ölkədə olan vətəndaşlarına növbəti dəfə ölkəni dərhal tərk etmə çağırışı edib. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Tehran Virtual Səfirliyi tərəfindən yayımlanan təhlükəsizlik xəbərdarlığında ABŞ vətəndaşlarından "Vaşinqton rəhbərliyinin yardımına ehtiyac duymadan İrandan çıxış planı hazırlamaları" istənilib. 

Açıqlamada İranda təhlükəsizlik tədbirlərinin artırıldığı, yolların bağlandığı, ictimai nəqliyyatın fəaliyyətində fasilələr yarandığı və internetə çıxışdakı məhdudiyyətlərin davam etdiyi ifadə edilib. 

İran rəhbərliyinin mobil, stasionar xətlər və milli internet şəbəkələrinə çıxışı məhdudlaşdırmağa davam etdiyi bildirilən açıqlamada, aviaşirkətlərin də İrana və İrandan digər bölgələrə uçuşları məhdudlaşdırdığı və ya ləğv etdiyi qeyd olunub. Açıqlamada "İranı dərhal tərk edin. İrandan ayrılmaq üçün ABŞ hökumətinin yardımından asılı olmayan bir plan qurun",- deyə bildirilir. 

İrandan ayrıla bilmədikləri təqdirdə, ABŞ vətəndaşlarının olduqları mənzil daxilində və ya təhlükəsiz bir binada sığınacaq xarakterli bir sahə müəyyən etməli olduqları vurğulanan bəyanatda, kifayət qədər qida, su, dərman və əsas ehtiyac ləvazimatları saxlamaq tövsiyə edilib. 

Açıqlamada ABŞ vətəndaşlarının alternativ ünsiyyət vasitələri planlaması və təhlükəsiz olduğu halda İrandan quru yolu ilə Türkiyə və ya Ermənistana getməsi təklif olunub. Ağ Evin sözçüsü Karolin Livitt ABŞ Prezidenti Donald Trampın İran məsələsində diplomatiyanı ilk seçim kimi gördüyünü, lakin diplomatiyadankənar da bir çox variantının olduğunu bildirmişdi. 

ABŞ 13 yanvarda da ölkədə davam edən nümayişləri və təhlükəsizlik risklərini əsas gətirərək İrandakı vətəndaşlarına "dərhal ölkəni tərk etmə" çağırışı etmişdi. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью