GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ administrasiyası NATO müttəfiqlərinin hesabına Ukraynaya ilk silah tədarükünü təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bununla da yeni mexanizm, yəni PURL (Priority Ukraine Requirements List) işə düşüb.
Mexanizmin mahiyyəti belədir:
Ukrayna lazım olan silahların prioritet siyahısını tərtib edir;
Daha sonra bu siyahını ABŞ və NATO-ya təqdim edir;
Müttəfiqlər isə ya öz anbarlarından silah verir, ya da ABŞ-dan alaraq həmin siyahıya uyğun şəkildə Ukraynaya göndərirlər.
Yeni sistem əvvəlkilərlə müqayisədə daha sadə, çevik və Ukraynanın ehtiyaclarını maksimum nəzərə alan mexanizm kimi qiymətləndirilir.
Məlumata görə, yaxın vaxtlarda hər biri 500 milyon dollar dəyərində iki silah partiyasının göndərilməsi gözlənilir.
Aysel Əliyeva
Globalinfo.az