Icma.az bildirir, Azvision portalına istinadən.
Diplomatik nümayəndəliyin yaydığı məlumatda bildirilir ki, səyahət edən şəxslər aviareyslərin ləğv olunması, hava məkanının müvəqqəti bağlanması və nəqliyyatın hərəkətində yarana biləcək fasilələrə hazır olmalıdırlar.
Eyni zamanda, hazırda Yaxın Şərqdən kənarda olan ABŞ vətəndaşlarına regiona səfər planlarını yenidən dəyərləndirmək, eləcə də hava limanları və aviaşirkətlərin rəsmi elanlarını diqqətlə izləmək tövsiyə edilib.
Səfirlik, həmçinin ABŞ ilə əlaqəli obyektlərə — diplomatik korpuslara, kommersiya qurumlarına və digər təşkilatlara qarşı ehtimal olunan hücum riskləri barədə də xəbərdarlıq edib. Vaşinqtonun qiymətləndirməsinə əsasən, İran və ona bağlı qruplaşmaların atacağı addımları əvvəlcədən proqnozlaşdırmaq çətindir.
M. Həsənli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Eyni zamanda, hazırda Yaxın Şərqdən kənarda olan ABŞ vətəndaşlarına regiona səfər planlarını yenidən dəyərləndirmək, eləcə də hava limanları və aviaşirkətlərin rəsmi elanlarını diqqətlə izləmək tövsiyə edilib.