Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Husilərə məxsus əl-Məsirə televiziyasında yayımlanan xəbərdə ABŞ-nin Yəmənin Səna və Səda şəhərlərinə hücumlar təşkil etdiyi deyilib.
Hücum nəticəsində 2-si qadın olmaqla 6 nəfərin həyatını itirdiyi, 32 nəfərin isə yaralandığı açıqlanıb. Həmçinin hücum zamanı yaralananlar arasında uşaqların da olduğu qeyd olunub.