ABŞ dən yeni taktika Müharibənin sonu gələ bilər | Icma.az
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Rusiyanın neft gəlirlərinə zərbə vurmaq üçün ikinci dərəcəli sanksiyalara ehtiyac duymur Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.Agentliyin şərhinə görə, daha effektiv yol Hindistanı neft idxalını azaltmağa, Səudiyyə Ərəbistanını isə hasilatı artırmağa razı salmaqdır ki, bu da qiymət artımının qarşısını ala bilər.Bununla paralel olaraq, Rusiyanın “kölgə donanması”na qarşı sanksiyalar sərtləşdirilə və ixrac qiymətinin bir barel üçün 40 dollara qədər endirilməsinə nail olunması mümkündür.Qeyd olunur ki, Hindistan və Türkiyə təzyiq üçün əsas hədəflərdir, lakin bunu hədələrlə yox, “şirnikləndirmə” taktikası ilə etmək daha məqsədəuyğundur.Avropa Rusiya aktivlərini dondurmaqla əldə olunan vəsaitlər hesabına Ukraynaya silah tədarükünə qoşularsa, Kremlin hərbi büdcəsinə zərbə vurulacaq və müharibənin sonunu sürətləndirə bilər.Aysel,BakuPost Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu