ABŞ dən yeni ticarət həmləsi Tramp bu barədə paylaşım edib

08.05.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp ötən gün verdiyi açıqlamada böyük və hörmətli bir ölkə ilə ticarət müqaviləsi imzalayacaqlarını açıqlayıb.

Bu barədə o, özünün “Truth” sosial media hesabından paylaşım edib.

“Sabah səhər saat 10:00-da Oval Ofisdə böyük və hörmətli bir ölkənin nümayəndələri ilə böyük ticarət razılaşması ilə bağlı mətbuat konfransı olacaq”, - Tramp bildirib.

ABŞ prezidenti yeni sazişlə bağlı əlavə məlumat verməsə də, Amerika mediasında əks olunan xəbərlər sözügedən ölkə ilə bağlı proqnozlar verib.

Amerika mətbuatında yer alan xəbərlərdə sözügedən ölkənin Böyük Britaniya olduğu iddia edilib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью