Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Çinin Yunanıstanın Pirey limanına nəzarətini qəbuledilməz olduğunu, bu limandan çıxarmasını və fəaliyyətini dayandırmasını tələb edib.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Guilfoyl deyib.
"Bu vəziyyət təəssüf doğurur, lakin onu həll etmək olar. Pireyi satmaq və ya digər ərazilərdə tutumu artırmaq kimi variantlar masada ola bilər", - amerikalı diplomat qeyd edib.
Çinin dövlət şirkəti “Cosco” 2016-cı ildə Yunanıstanın ən böyük limanı olan Pireydə səhmlərin əksəriyyətini ələ keçirərək, limanı “Bir kəmər və bir yol” təşəbbüsü üçün Avropanın ən strateji nöqtələrindən birinə çevirib.
Afina iqtisadi böhran zamanı Qərb investorları geri çəkildikdən sonra Pekinə üz tutub.
Mürtəza