ABŞ dən Zelenskiyə ilk cavab: Bərpa proqramı dayandırıldı

01.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti Ukraynanın enerji infrastrukturunun bərpası üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bir neçə yüz milyon dollar dəyərində proqramını bağlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, ABŞ hökuməti, həmçinin USAID-in Ukraynadakı mövcudluğunu azaldır. Agentliyin maraqları üçün çalışan 64 nəfərdən yalnız 8-i Ukraynada qalacaq, qalanları ABŞ-yə qayıdacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью