Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Hrbi Dəniz Qüvvələrinin elit bölməsi 2019-cu ildə nüvə danışıqları dövründə Şimali Koreyada gizli əməliyyat həyata keçirib.
Missiya uğursuzluqla nəticələnib və nəticədə silahsız yerli sakinlər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” Tramp administrasiyasının mülki məmurları, hazırkı və keçmiş hərbçilər də daxil olmaqla iiyirmidən çox mənbəyə istinadən yazıb.
Nəşrin yazdığına görə, ''dəniz pişikləri'' ölkə lideri Kim Çen Inın rabitəsini izləmək üçün elektron cihaz yerləşdirməli idilər.
Bu, o qədər riskli əməliyyat olub ki, prezident Donald Trampın birbaşa təsdiqi tələb olunub.
Tapşırığın icrası üçün SEAL Team Six-in ''Qırmızı eskadrilyası'' cəlb olunub. Onlar planı aylarla məşq ediblər.
Əməliyyata nüvə sualtı qayığı və iki mini-submarin cəlb olunub ki, döyüşçülər sahilə çıxa bilsinlər.