Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasına riayət olunmasını yoxlamaq məqsədilə xüsusi əməliyyat keçirildiyini açıqlayıb.
XQ xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı rəsmi məlumata görə, iyulun 16-da ABŞ-nin 11-ci ekspedisiya bölməsinin dəniz piyadaları "Wen Yao" ticarət tankerinə enərək yoxlama aparıblar.
Bildirilib ki, bu əməliyyat regiondakı kommersiya gəmiləri üçün müəyyən edilmiş məhdudiyyətlərə və dəniz blokadası qaydalarına riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilən genişmiqyaslı monitorinq tədbirlərinin bir hissəsidir.
CENTCOM-un bəyanatında o da qeyd olunub ki, ABŞ dəniz qüvvələri tərəfindən indiyədək blokadanı pozmağa cəhd göstərən 3 kommersiya gəmisi təhlükəsiz şəkildə digər istiqamətlərə yönləndirilib, xəbərdarlıqlara tabe olmayan daha 1 gəmi isə sıradan çıxarılıb.
Hərbi komandanlıq əlavə edib ki, ABŞ-nin "poladdan divar" adlandırdığı dəniz blokadasını pozmağa çalışan gəmilər istisna olmaqla, Hörmüz boğazı və ətraf su hövzələri beynəlxalq gəmiçilik və azad ticarət üçün tamamilə açıq qalmaqdadır.