Icma.az bildirir, Yenicag portalına istinadən. “Tramp beynəlxalq hüququn pozulması üzrə dünya çempionudur”.
Bu sözləri ABŞ prezident seçkilərində Donald Trampın qalib gəlməsini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, Donald Trampın ABŞ-nin 47-ci prezidenti seçilməsi ilə bağlı fikirlərini bölüşüb.
Analitikin sözlərinə görə, Trampın prezident seçilməsi heç nəyi dəyişməyəcək: “Trampın prezident seçilməsi bir çox mütəxəssislər üçün gözlənilməz oldu.
Bunun mənası odur ki, ABŞ demokratiyası işləyir, xalqın səsi nəzərə alınır.
2020-ci ildə Trampı “dərin dövlət” devirmişdi, lakin onun yenidən prezident seçilməməsi üçün hər cür addım atılmışdı.
Hətta ABŞ-də vətəndaş müharibəsi həddinə gələcək hadisələr də baş vermişdi. Sonradan onu öldürmək, həbs etmək üçün addımlar atılmışdı.
Tramp “dərin dövlət”ə qalib gələ bildi”. Z. Əlizadənin dediyinə görə, Tramp birinci dəfə də prezident olanda ABŞ bütün münaqişələrdə fəal iş