“ABŞ dərin peşmançılıq çəkəcək” Əraqçi

05.03.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“ABŞ İranın Dena freqatını açıq sularda batırdığına görə dərin peşmançılıq çəkəcək”.
Yeniavaz.com
“Tasmin” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial şəbəkə səhifəsində bildirib.
“Amerika bu dəfə İran sahillərindən 2000 mil aralıda dənizdə daha bir fəlakətə səbəb olub. Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan və təxminən 130 heyət üzvünü daşıyan “Dena” freqatı beynəlxalq sularda xəbərdarlıq edilmədən hədəfə alınıb. ABŞ yaratdığı bu presedentə görə dərin peşmançılıq çəkəcək”, -  İran XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, keçən gün İrana məxsus “Iris Dena” gəmisi Hind okeanında, Şri-Lanka sahillərində sualtı qayığın hücumuna məruz qalıb. Hücum nəticəsində ən azı 80 nəfər həlak olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью