ABŞ diplomatını Britaniyadan gizli şəkildə çıxarıb

13.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ hakimiyyəti uşaqlara qarşı zorakılığı əks etdirən görüntüləri saxlamaqda şübhəli bilinən diplomatını Britaniya rəsmilərinə əvvəlcədən məlumat vermədən ölkədən çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Məlumata görə, əməliyyat avqustun 25-də həyata keçirilib. ABŞ rəsmilərinin diplomatın saxlanılması ilə bağlı ölkə məhkəməsindən order aldığı, lakin bu sənədin Böyük Britaniya ərazisində şəxsi həbs etmək hüququ vermədiyi bildirilir.

Qəzet yazır ki, adı açıqlanmayan diplomatın Londondakı mənzilinə ABŞ rəsmiləri daxil olub. Daha sonra o, İngiltərənin Qlosterşir qraflığındakı Feyrf aviabazasına aparılıb və oradan təyyarə ilə ABŞ-yə göndərilib. Əməliyyatda xaricdəki ABŞ səfirlikləri və konsulluqlarını qoruyan Dəniz Piyadaları Korpusunun hərbçilərinin də iştirak etdiyi ehtimal olunur.

Bildirilir ki, diplomatın saxlanılması onun qardaşı ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib. İstintaqın məlumatına görə, qardaşı uşaqlara aid qadağan olunmuş görüntüləri diplomata göndərib. “The Sun”un mənbələri həmin görüntülərin səfirlik əməkdaşının mənzilində aşkarlandığını bildiriblər.

Qəzetin məlumatına görə, London polisi və Britaniya hakimiyyəti görülən tədbirlər barədə diplomat ABŞ-yə aparıldıqdan sonra məlumatlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью