ABŞ diplomatlarına təhlükəsizlik riskləri səbəbindən İsraili tərk etməyi tapşırıb

27.02.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ səfirliyi diplomatlarına və onların ilə üzvlərinə İsraili tərk etməyə icazə verib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfirliyinin “X” hesabında bildirilib.

Səfirliyin açıqlamasında qeyd edilib ki, 27 fevral 2026-cı ildə Dövlət Departamenti “təhlükəsizlik riskləri” səbəbindən daha aşağı ranqlı diplomatik heyəti və onların ailə üzvlərinin ABŞ-ın İsraildəki missiyasını tərk etməsinə icazə verib.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr vətəndaşlarını İran və İsrailə səfər etməməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью