Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, “Flightradar24” aviasiya portalının məlumatına görə, o cümlədən, ABŞ-nin kontinental hissəsindən havaya qalxan hərbi yük daşıyan təyyarələr Amerika qırıcılarının böyük bir qrupunun yerləşdiyi İordaniyadakı “Muvaffaq Salti” və Qətərdəki “Əl-Udeyd” aviabazalarına, habelə Küveytdəki “Əli Əl-Salem və Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazalarına gəlib.
Xatırladaq ki, ötən həftə ərzində hərbi yük daşıyan “C-17A Globemaster III” nəqliyyat təyyarələri Yaxın Şərqə təxminən 20 uçuş həyata keçirib. Düşmənin rabitə, naviqasiya və radar sistemlərini sıxışdırmaq üçün nəzərdə tutulmuş ABŞ-nin “EA-37B” təyyarəsi də Yaxın Şərqə yerləşdirilib.
“Amerikanın hərbi əməliyyatı zamanı İranın mümkün əks-hücumlarından qorunmaq üçün Yaxın Şərq regionuna “Patriot” zenit-raket kompleksləri və Terminal Yüksək Hündürlük Ərazisindən Müdafiə (THAAD) raketdən müdafiə sistemləri də daxil olmaqla əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirilir”, - amerikalı rəsmilərə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri yazır.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Xatırladaq ki, ötən həftə ərzində hərbi yük daşıyan “C-17A Globemaster III” nəqliyyat təyyarələri Yaxın Şərqə təxminən 20 uçuş həyata keçirib. Düşmənin rabitə, naviqasiya və radar sistemlərini sıxışdırmaq üçün nəzərdə tutulmuş ABŞ-nin “EA-37B” təyyarəsi də Yaxın Şərqə yerləşdirilib.