ABŞ Donbası Rusiyaya güzəştə getməyi təklif edib

26.03.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ukrayna Donbas regionunu Rusiyaya təhvil verəcəyi təqdirdə, ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri təklif oluna bilər.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində deyib.
Bununla belə, o vurğulayıb ki, Donbasda mövcud müdafiə xəttindən imtina ölkə üçün ciddi təhlükəsizlik təhdidləri yaradır.
Ukrayna lideri həmçinin Donald Tramp administrasiyasına Ukraynaya silah tədarükünü davam etdirdiyinə görə təşəkkür edib. O bildirib ki, Yaxın Şərqdəki gərginliklər Trampın siyasi qərarlarına təsir göstərir və bu faktor gələcək addımlarda da özünü göstərə bilər.
“Amerikalılar Ukrayna qoşunlarının Donbasdan çıxarılmasına hazır olacağı təqdirdə, təhlükəsizlik zəmanətlərini ən yüksək səviyyədə yekunlaşdırmağa hazırdırlar”, – deyə Zelenski qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью