ABŞ dörd Avropa antifa qrupunu terror təşkilatı elan etdi

14.11.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ dövlət katibi Marko Rubionun açıqlamasına əsasən, Birləşmiş Ştatlar Antifa hərəkatı ilə əlaqəsi olan dörd Avropa qrupunu beynəlxalq terror təşkilatları siyahısına daxil edib.

Doğru.az xəbər verir ki, Dövlət Departamenti Almaniyada yerləşən Antifa Ost təşkilatını, eləcə də İtaliya və Yunanıstandakı digər üç silahlı antifa qrupunu “qlobal terrorçu təşkilatlar” kimi tanıyıb.

Xatırladaq ki, sentyabr ayında ABŞ prezidenti Donald Tramp Antifa hərəkatının terror təşkilatı kimi tanınması barədə fərman imzalamışdı.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Sijarto da Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa müraciət edərək Antifa hərəkatının terrorçu təşkilat kimi elan edilməsini tələb etmişdi.

Mövzu ilə bağlı əlavə məlumatlar açıqlanacağı gözlənilir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью