ABŞ Dövlət Departamenti: İran danışıqlar masasına oturmalı olacaq

24.03.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tehranın o qədər də fəaliyyət azadlığı yoxdur və ABŞ ilə dialoq aparmağa məcbur olacaq.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Temmi Bryus “Fox Business” kanalının efirində bildirib.

"İranın az variantı var. Biz ciddi yanaşırıq, onlar bilirlər ki, ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio ciddidir. İran danışıqlar masasına oturmağa məcbur olacaq", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью