ABŞ Dövlət Departamenti iyulun 1 dək USAID i yenidən təşkil etməyi planlaşdırır

28.03.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ Dövlət Departamenti 2025-ci il iyulun 1-dək ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi funksiyalarını Departamentə uyğunlaşdırmağı və Administrasiya prioritetlərinə uyğun gəlməyən digər funksiyaları ləğv etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.

“Bu gün Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2025-ci il iyulun 1-dək bəzi USAID funksiyalarının Departamentə uyğunlaşdırılmasını və Administrasiya prioritetlərinə uyğun gəlməyən qalan USAID funksiyalarının ləğvini nəzərdə tutan yenidən təşkili həyata keçirmək niyyətləri barədə Konqresə məlumat verib”, – bəyanatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью