Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Dövlət Departamenti qurumun daha güclü və funksional olmasına yönəlmiş restrukturizasiya çərçivəsində bir sıra əməkdaşlarını vəzifəsindən uzaqlaşdıracaq.
Metbuat.az xəbər verir ki, qurum 3400-dən çox diplomatı işdən çıxaracaq.
“CBS News”un məlumatına görə, Dövlət Departamentinin Konqresə təqdim etdiyi sənədlərdə Prezident Donald Trampın federal hökuməti ixtisarla bağlı planı çərçivəsində həyata keçiriləcək restrukturizasiyanın təfərrüatları paylaşılıb.
Sənədlərdə hazırda nazirlikdə çalışan işçilərin təqribən 18 faizinə bərabər olan 3448 nəfərin işdən çıxarılacağı, onlardan 1575 nəfərin isə öz istəyi ilə işdən çıxacağı qeyd edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.