ABŞ Dövlət Departamenti Rubionun vəzifəsindən gedəcəyi barədə məlumatları təkzib edib

06.11.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dövlət katibi Marko Rubionun vəzifəsindən istefa verə biləcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin ictimaiyyətlə əlaqələr və mətbuat üzrə dövlət katibinin köməkçisi Dilan Conson “X” hesabında paylaşım edib.

O, “The Independent” qəzetinin Rubionun 2028-ci il prezident seçkilərində iştirak etmək üçün administrasiyadan ayrılmağa hazırlaşdığı barədə məlumatını əsassız adlandırıb.

“Bu, uydurma anonim mənbələrə əsaslanan, tamamilə əsassız saxta xəbərdir”, – Conson bildirib.

Qeyd edək ki, “The Independent” respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Rubionun Donald Tramp administrasiyasından ayrılmağı nəzərdən keçirdiyini yazıb.

Lakin nə Rubio, nə də Ağ Ev onun istefası ilə bağlı rəsmi qərar açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью