GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Trampın son açıqlamaları “məyusedici” kimi qiymətləndirilməməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.
O, bu fikirləri Donald Trampın Rusiya və Ukrayna ilə bağlı son bəyanatları barədə danışarkən səsləndirib. Temmi Bryus bildirib ki, ABŞ Ukrayna ilə Rusiya arasında birbaşa danışıqları dəstəkləməkdə davam edir.
Xatırladaq ki, daha əvvəl ABŞ lideri Ukrayna danışıqlarından çəkilə biləcəyini demişdi.
Aysel Əliyeva
Globalinfo.az