ABŞ dövlət katibi 215 milyon dəyərində olan qrantı ləğv edib

15.04.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio ümumi məbləği 215 milyon dollar olan qrantların xarici ölkələrə ayrılmasını ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Hökumət Səmərəliliyi Departamenti (DOGE) “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda deyilir: “Katib Rubio Dövlət Departamentinin xaricə yardımını yaxından nəzərdən keçirməyə davam edərək, bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib”.

Söhbətin Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən getdiyi bildirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью