ABŞ dövlət katibi Brüsselə səfər edəcək

01.04.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Brüsselə səfər edəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, NATO xarici işlər nazirləri toplantı zamanı Ukraynada təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Məlumata görə, Brüsseldə keçiriləcək görüş eyni zamanda ümumi təhdidlərin, o cümlədən Çinin Avro-Atlantik və Hind-Sakit Okean alyanslarına qarşı qoyduğu çağırışların müzakirəsi üçün platforma rolunu oynayacaq.

Qeyd olunub ki, NATO sessiyası çərçivəsində Rubio Hind-Sakit okean tərəfdaşlarının nümayəndələri ilə Alyansın bu regionlardakı strateji rolunu müzakirə edəcək.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью