ABŞ dövlət katibi Ciddədə Zelenski ilə görüşməyəcəyini açıqlayıb

11.03.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə heç bir görüş planı yoxdur”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

O bildirib ki, ABŞ nümayəndə heyəti ilə Ukrayna tərəfi arasındakı görüşdə Zelenski iştirak etməyəcək.

Bununla belə, o, rəsmi görüşlərdən kənarda Zelenski ilə qeyri-rəsmi söhbətin mümkünlüyünü də istisna etməyib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью