Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton, 23 iyun, AZƏRTAC
Livan və onun daxilində baş verənlərlə bağlı biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacağıq və məşğul olacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, Livan məsələsinin İranla bağlılığı var və bu, əsasən onların “Hizbullah”ı dəstəkləməsidir.
“Bu amil iranlılarla söhbətlərimizin bir hissəsi kimi müzakirə olunacaq, lakin Livanın gələcəyinə gəldikdə, Livanın gələcəyi suveren seçilmiş hökuməti vasitəsilə xalqına məxsusdur və biz də məhz bu hökumətlə işləyəcəyik”,- deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton