ABŞ dövlət katibi Marko Rubio: Rusiyaya qarşı yeni sanksiyalar müharibəni daha iki il uzada bilər

28.04.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmir, çünki belə bir addım Ukraynada müharibəni daha iki il uzada bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "NBC News" telekanalının efirində bildirib.

O, Vaşinqtonun diplomatik səylərin uğuruna və sülh sazişinin əldə olunmasına ümid etdiyini vurğulayıb. Rubio bildirib ki, indi yeni sanksiyaların tətbiqi sülh yolu ilə nizamlanma cəhdlərindən imtina etmək deməkdir.

“Biz özümüzü daha iki illik müharibəyə məhkum etmək istəmirik”, - deyə "Rapid Response 47" dövlət katibinin sözlərindən sitat gətirib.

O qeyd edib ki, həm Kiyev, həm də Moskva ilə yalnız ABŞ danışıqlar aparır və prezident Tramp dünyada hər iki tərəfi birləşdirə və münaqişənin sona çatmasına nail ola biləcək yeganə siyasətçidir. Bu həftə həlledici danışıqlarda sülh üçün real şansların qiymətləndirilməsi gözlənilir.

Bundan əvvəl Tramp Vatikanda Papa Fransiskin dəfn mərasimində Vladimir Zelenski ilə görüşüb. Daha sonra sosial şəbəkələrdə o, etiraf edib ki, Putin müharibəni uzada bilər və Rusiyaya münasibətə yenidən baxılması, o cümlədən sanksiyalar vasitəsilə mümkündür.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью