ABŞ dövlət katibi: Rusiya Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur

15.05.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında bildirib.


Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün əldə olunması üçün istənilən mexanizmi alqışlayır.
“NATO-nun daha da güclənmək imkanı var. Tramp bizi Rusiya-Ukrayna müharibəsində ədalətli sülhə aparan istənilən mexanizmə açıqdır. Yaxın bir neçə gündə irəliləyiş görmək istəyirik. Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur”, - Rubio qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью