ABŞ dövlət katibi USAID inzibatçısı kimi fəaliyyət göstərəcək | Icma.az
Icma.az, Ayna saytına istinadən bildirir. Marko Rubio nəzarətin Dövlət Departamentinə verildiyini açıqlayıb ABŞ-ın dövlət katibi Marko Rubio
AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bundan əvvəl Donald Tramp administrasiyası beynəlxalq yardımların əksəriyyətini dayandırar
Rubio El Salvadora səfəri zamanı jurnalistlərlə söhbətində özünü “USAID-in direktoru vəzifəsini icra edən” kimi təqdim edib.
O, həmçinin agentliyin məsuliyyətsiz hərəkət etdiyini və onun fəaliyyətinin ABŞ-ın milli maraqlarına uyğun olmadığını və Amerika səlahiyyətliləri tərəfindən nəzərdən keçirilməli olduğunu bildirib.
Rubio qeyd edib ki, agentliyin tamamilə ləğvindən söhbət getmir.
Dövlət katibi agentliyə nəzarətin Dövlət Departamentinə verildiyini açıqlayıb.
Bazar ertəsi USAID-in Vaşinqtondakı mənzil-qərargahı bağlanıb. Onun əməkdaşlarına elektron poçtla evdə qalmaq göstərişi verilib.
CNN-in məlumatına görə, Prezident Donald Tramp deyib: “USAID-i bir neçə radikal çılğın adam idarə edir və biz onlardan qurtulacağıq, sonra qərar verəcəyik”.
Tam oxu
Xəbəri oxu