ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir

03.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapur Türkmənistana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS ABŞ-nin Aşqabaddakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Dövlət katibi Marko Rubionun Mərkəzi Asiyaya tarixi səfərindən sonra dövlət katibinin köməkçisi Kapurun bu səfəri ABŞ-Türkmənistan münasibətlərinin müsbət dinamikasını möhkəmləndirir. Diqqət mərkəzində işgüzar əlaqələrin, enerji əməkdaşlığının və regional bağlılığın genişləndirilməsi imkanları dayanır", - səfirliyin məlumatında bildirilib.

ABŞ dövlət katibi Marko Rubio oktyabr ayında Səmərqəndə (Özbəkistan) səfər edib, burada ABŞ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin "C5+1" formatında görüşü keçirilib. "C5+1" - ABŞ-nin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla kollektiv qarşılıqlı fəaliyyət mexanizmidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью