Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Politico: Tramp prezident olduqdan sonra ABŞ populyarlığını itirməyə başlayır.
ABŞ bu ölkənin hazırkı prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra dünyada populyarlığını itirməyə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti cari il üçün Demokratiya Qavrama İndeksinə (DPI) istinadən yazır.
Məqalədə deyilir: “Respondentlərin əksəriyyəti Birləşmiş Ştatlara ümumiyyətlə mənfi münasibət bəsləyir, bu, 2024-cü illə müqayisədə [reputasiyanın] kəskin azalması deməkdir”.
Jurnalistlərin məlumatına görə, tədqiqatda 100 ölkədən 110 mindən çox insan iştirak edib.
Respondentlərə demokratiya və müxtəlif geosiyasi hadisələr haqqında təsəvvürləri ilə bağlı suallar verilib.
Nəticədə analitiklər müəyyən ediblər ki, ABŞ-ın populyarlığı ən çox Avropa İttifaqına üzv ölkələrin sakinləri arasında azalıb.