ABŞ dünyada sülhü bu yolla əldə edə bilər KONKRET | Icma.az
Icma.az, Konkret.az saytına istinadən bildirir. ABŞ rəsmisi Uitkoff bildirib ki, Vaşinqtonun əsas məqsədi sülhü zorla deyil, qarşılıqlı razı
KONKRET.az bildirir ki, onun sözlərinə görə, bu yanaşma beynəlxalq arenada getdikcə daha çox dəstək qazanır.
“Sülh sazişinə canatma getdikcə daha populyar olur. İnsanlar buna hazırdır.
Məncə, bu təsadüfi deyil ki, artıq bir çox liderlər Ağ Evə gələrək ‘Ukraynada münaqişənin sülh yolu ilə həllini necə irəlilətmək olar?’ sualını verirlər.
ABŞ sülhü diktə etmək deyil, razılaşma əldə etmək bacarığına malikdir,” – deyə Uitkof vurğulayıb.
O həmçinin qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanan sülh razılaşmaları “zərərli deyil, əksinə, yoluxucu effektə malikdir”, çünki bu proses digər ölkələrdə də dialoqa və danışıqlara marağı artırır.
Uitkofun bu açıqlaması ABŞ administrasiyasının son aylarda Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində atdığı təşəbbüslər fonunda səslənib.
Müşviq Tofiqoğlu KONKRET.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu