ABŞ düşmən dronlarını vurmaq üçün süni intellektdən istifadə edəcək | Icma.az
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdafiə texnologiyaları şirkəti "Anduril Industries" süni intellekt hazırlayan OpenAI ilə müqavilə imzalayıb.
Bu əməkdaşlığın məqsədi milli təhlükəsizlik problemləri üçün qabaqcıl süni intellekt həlləri hazırlamaq və həyata keçirməkdir.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Əsas diqqət ABŞ-nin pilotsuz əks-hava sistemlərinin (CUAS) və onların real vaxt rejimində potensial ölümcül hava təhdidlərini aşkar etmək, qiymətləndirmək və cavab vermək qabiliyyətinin təkmilləşdirilməsinə yönəldiləcək.
CUAS sistemi pilotsuz təyyarələrin hücumlarını havada aşkar edib bloklayaraq onlardan qorunmaq üçün nəzərdə tutulub.
Süni intellekt modelləri "Anduril"in təhdid və əməliyyat məlumatlarının CUAS kitabxanasında öyrədiləcək.
OpenAI baş direktoru Sam Altman deyib ki, "Anduril" ilə tərəfdaşlığımız OpenAI texnologiyasından istifadə edərək ABŞ hərbi qulluqçularının qorunmasına kömək edəcək.
Tam oxu
Xəbəri oxu