Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Şpanqdalem aviabazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Bakı vaxtı ilə 16.30-da baş verib.
Şahidlərin sözlərinə görə təlim uçuşu zamanı hündürlüyü itirən təyyarə yerə çırpılıb. Pilotun vaxtında katapult etdiyi bildirilir. Qəzanın baş vermə səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, 1950-ci ildə əsası qoyulan Şpanqdalem aviabazası ABŞ-nin Avropadakı ən böyük bazalarından biridir.
L.Tağıyeva