ABŞ Ədliyyə Nazirliyi yenidən “Google”dan “Chrome”u satmağı tələb edir

08.03.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyi “Google”a qarşı “Chrome” brauzerinin sahibliyindən imtina etməsini tələb edən yeni iddia qaldırıb.

APA xəbər verir ki, bu barədə cümə günü “Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Ədliyyə Nazirliyi brauzerin satılmasını və digər şirkətlərlə öz məhsullarında “Google”un axtarış sistemindən istifadəsi ilə bağlı müqavilələrin bağlanmasına qadağa qoyulmasını tələb edib.

ABŞ hökuməti “Google”u inhisar statusundan məhrum etməyə çalışır. Rəsmilərin fikrincə, bu, potensial rəqiblərin internet axtarışının əhəmiyyətli bir hissəsinə nəzarət etməsinə mane olur.

Qeyd edək ki, 2024-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi bənzər tələblərlə artıq məhkəmələrə müraciət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью