Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ və “Taliban” bir neçə ay ərzində Əfqanıstanda saxlanılan amerikalıların azad olunması ilə bağlı gizli danışıqlar aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb. Lakin tərəflər razılığa gələ bilməyib.
Məlumata görə, “Taliban” razılaşmaya 2008-ci ildən bəri Quantanamoda saxlanılan və Üsamə ben Ladenlə əməkdaşlıqda ittiham olunan əfqan Məhəmməd Rəhimin də daxil edilməsini tələb kimi irəli sürür. Donald Tramp administrasiyası isə ən azı üç ABŞ vətəndaşının azad olunmasında israrlıdır.
Əfqanıstan rəsmiləri yalnız iki nəfərin, alim Dennis Koyl və keçmiş hərbçi Polinezis Ceksonun saxlanıldığını təsdiqləyib. Üçüncü amerikalı Mahmud Həbibinin harada olduğu isə hələ də məlum deyil.
Ağ Ev Kabulu “girov diplomatiyası”nda ittiham edir. Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi isə bəyan edib ki, saxlanılan şəxslər təzyiq vasitəsi kimi istifadə olunmur və ölkə ABŞ-la münasibətlərin normallaşmasında, o cümlədən səfirliyin fəaliyyətinin bərpasında və təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdır.
Amerikalı rəsmilərin sözlərinə görə, bütün ABŞ vətəndaşları azad edilməyənədək Məhəmməd Rəhim mümkün razılaşmanın bir hissəsi olmayacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az