ABŞ əhalisi kütləvi silahlanır

25.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin Corciya ştatının Kennesav şəhərində sakinlərdən silah almaq tələb olunur.

"Cebheinfo.az" xəbər verir ko, Kennesav şəhərində məcburi silah qanunları 1982-ci ildə tətbiq edilib.

Qanuna görə, şəhərin və onun sakinlərinin təhlükəsizliyini təmin etmək üçün şəhərdəki hər bir evdə odlu silah olmalıdır.

Ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, əqli və ya fiziki qüsurlu vətəndaşlar bu qanundan azaddırlar.

Kennesav Polis Departamentinin məlumatlarına görə, 2023-cü ildə heç bir qətl hadisəsi baş verməyib, lakin silahdan istifadə ilə iki intihar hadisəsi baş verib.

Qeyd edək ki, oxşar silah qanunları ABŞ-nin ən azı beş başqa şəhərində də qüvvədədir.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью